“Visa” və “Mastercard” Rusiyadakı fəaliyyətini dayandırdı

“Visa” və “Mastercard” Rusiyadakı fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, Rusiyada buraxılmış “Visa” kartları ilə başlanmış bütün əməliyyatlar artıq ölkə hüdudlarından kənarda işləməyəcək. Rusiyadan kənarda maliyyə institutları tərəfindən buraxılan hər hansı “Visa” kartları isə Rusiya Federasiyasında yararsız olacaq.

Şirkətin yaydığı məlumata görə, “Mastercard” kartları artıq şəbəkə tərəfindən dəstəklənməyəcək, xaricdə buraxılan kartlar isə Rusiyanın satış məntəqələrində və bankomatlarında işləməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR