Ukraynada hərbi əməliyyatlar zamanı 27 uşaq həlak olub -

Rusiyanın Ukraynaya hücuma başladığı 24 fevral tarixindən etibarən 406 mülki şəxs həlak olub, 801-i isə yaralanıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının ofisinin məlumatında bildirilib. Qeyd olunub ki, real rəqəmlərin rəsmi göstəricilərdən nəzərə çarpacaq dərəcədə çox olduğu ehtimal edilir. Əlavə olunub ki, Ukraynada hərbi əməliyyatlar zamanı 27 uşaq həlak olub. Mülki itkilər əsasən əhalinin sıx məskunlaşdığı Donetsk və Luqansk rayonlarında qeydə alınıb. Burada 93 vətəndaşın həlak olduğu, daha 435 nəfərin isə yaralandığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR