Levandovskidən tarixə keçən het-trik

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında karyerasında yeni bir uğura imza atıb.

Metbuata.az-ın məlumatına görə, "Bavariya" Avstriya "Zaltsburq"u 7:1 hesabı 1/8 final mərhələsində yenib. Matçda 33 yaşlı futoblçu Robert Levandovski 12, 21 və 23-cü dəqiqədə het-trik edərək rəqib qapısından qol keçirib.

Belə ki, 23 dəqiqədə 3 qol vuran Robert Levandovski Çempionlar Liqası tarixində ən erkən het-trik edən futbolçu kimi bir uğura imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR