Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, II dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.

X tura saat 15:00-da “Sərhədçi” - “Murov” görüşü ilə start veriləcək. Dövrənin son matçı isə 2 saat sonra başlayacaq. Həmin görüşdə “Neftçi” “Ekspress”i sınağa çəkəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR