UEFA PSJ-nin prezidenti və idman direktoruna intizam işi açıb

UEFA Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi və idman direktoru Leonardoya intizam işi açıb.

Metbuat.az Reporta-a istinadən xəbər verir ki, buna klub rəsmilərinin İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra etdiyi hərəkətlər səbəb olub.

Bildirilib ki, baş verən hadisələr ətraflı araşdırıldıqdan sonra qərar veriləcək.

Ərəb iş adamı qarşılaşmanın ardından hakimlər otağına girməyə cəhd edib. O, "Santyaqo Bernabeu" stadionunda oyunu izlədikdən sonra tribunanın altına düşüb və paltardəyişmə otağında əlinə keçən əşyaları vurub-dağıdıb. Əl-Xəlaifi iradlarını bildirmək üçün hakimləri axtarmağa başlayıb. Nəticədə klub prezidenti səhvən "Real Madrid"in nümayəndəsi Karlos Davilanın otağına girib.

Habelə bildirilir ki, PSJ rəhbərini stadionun xidməti qurğusundan bir neçə nəfər çıxara bilib.

Leonardo isə niderlandlı FIFA referisi Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlədib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən 3:2 hesabı ilə qalib gələn "Real Madrid" finala yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR