Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

Metbuat.az xəbər verir ki, turun açılış matçında “Səbail”lə “Keşlə” komandaları üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçı isə “Sabah”la lider “Qarabağ” arasında baş tutur.

Sabah “Qəbələ” “Zirə”ni, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək.