Türklər Rusiyaya qarşı döyüşmək üçün müraciət edib - KİV

“Rusiya ordusuna qarşı mübarizə aparmaq üçün Ukraynaya getmək istəyən könüllülərin əksəriyyətini amerikalılar təşkil edir.

Lakin Avstraliya, Türkiyə və Fransa kimi ölkələrdən də çox sayda müraciətlər var”. Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sunday Times” qəzetinə İngiltərədə olan mənbə açıqlama verib. Bildirilib ki, çox sayda şəxs ona müraciət edərək, Ukraynaya getmək istədiyini deyib. Müraciət edənlər arasında amerikalıların olması diqqət çəkir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı döyüşmək istəyən əcnəbilərə çağırış etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR