Rubl yenidən "dirildi" -

Bir neçə gündür rubl dollar və avroya nisbətdə bahalaşmaqda davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Moskva birjası məlumat verib.

Qeyd olunur ki, dolların məzənnəsi Moskva vaxtı ilə saat 10.07-də 2,9 rubl azalaraq 105,1 rubl, avronun məzənnəsi 2,35 rubl azalaraq 115,35 rubl təşkil edib .

Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrinə əsasən 1 rus rublu 0.0177 manatadək qalxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR