ABŞ və Çin liderləri arasında telefon danışığı olacaq

Bu gün ABŞ və Çin rəhbərləri Cozef Baydenlə Si Cinpin arasında telefon danışığı olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, liderlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, telefon danışığı Vaşinqton və Pekin arasında rabitə kanallarını açıq saxlamaq səylərinin bir hissəsidir: "Prezident Bayden açıq şəkildə bildirəcək ki, Çin Rusiyanın təcavüzünü dəstəkləmək üçün atacağı istənilən addıma görə məsuliyyət daşıyacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR