Ukraynalı qadın rus hərbçilərini piroqla zəhərlədi -

Ukraynada döyüşən rus ordusu acınacaqlı vəziyyətdədir. Onların yeməyə heç nələri yoxdur. Bunu rus hərbçi ilə qız arasındakı söhbətin təzə audio dinləməsi sübut edib.

Metbuat.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat yayıb.

"Burada yeməyə heç nəyimiz yoxdur. Dünən ördək oğurladılar! Dükanları bombalayırıq. Acından ölürük! Nənə bir piroq gətirdi, 8 nəfər sinkdən zəhərləndi", - Rusiya hərbçiləri etiraf ediblər.

Qız bunun nədən etdiyini, hansı piroqlarla olduğunu soruşub. O, cavab verib - zəhərlə.

Əvvəllər bildirilirdi ki, Rusiya hərbçiləri Ukraynaya qarşı döyüşə göndərilib və onlara 2015-ci ildə müddəti bitən quru yeməklər verilib .

Videoda "Военторг. Индивидуальный рацион питания" yazısı olan qutuları ukraynalı hərbçi nümayiş etdiriblər. (publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR