Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, "Santyaqo Bernabeu"dakı 29-cu tur oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Kral klubu" 28 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 51 xalla 4-cü pillədə qərarlaşıb. Görüşü FIFA referisi Xuan Martines Munuera idarə edəcək.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 248 "El Klasiko"nun 100-də meydan sahibləri, 96-da qonaqlar qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

La Liqa qarşılaşmalarında da "Real Madrid"in üstünlüyü var – 76:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.