Rusiya təslim olmaq üçün vaxt verdi - Ukrayna qərarını açıqladı /

Rusiya Müfafiə Nazirliyi Ukrayna tərəfinə Mariupol şəhərinin təslim edilməsi üçün martın 21-i səhər saatlarına qədər vaxt verib.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi Mihail Mizintsev ukraynalılara etdiyi müraciətdə rəsmi Kiyev təklifi rədd edib, sizi ölümlə üz-üzə qoyarsa, silahlarınızı yerə qoyub, yaradılacaq humanitar dəhlizlərlə şəhəri tərk etməyə çağırırıq deyib.

Rusiyanın bu ultimatium kimi təklifinə Ukraynadan rədd cavabı gəlib.

Ukrayna baş nazirinin köməkçisi Iryna Vereshchuk bu təklifi rədd etdiklərini açıqlayıb:

"Təslim olmaqdan, silahları yerə qoymaqdan söz belə gedə bilməz. Bu barədə Rusiya tərəfinə məlumat verdik. 8 səhifəlik məktubla vaxt itirməyin əvəzinə, humanitar dəhlizin açılması kifayətdir" deyə o, bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR