Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı -

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı daha bir sui-qəsd cəhdinin qarşısı alınıb.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, Ujqorodda Rusiya Federal Təhlükəsizlik Xidməti agentinin rəhbərlik etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Məlumata görə, qrup Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribatlar törətməyi planlaşdırıb.

Bunun üçün 25 nəfərlik dəstənin silahlarla və maşınlarla təzhic olduğunu da bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR