Azərbaycan millisinin oyunu şotlandiyalı hakimlərə tapşırılıb

Sumqayıtda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

Metbuat.az xəbər verir ki, görüş Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Devid Munro idarə edəcək. Ona yan xətt hakimləri Şon Karr və Duqlas Potter köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.

Qeyd edək ki, martın 25-də "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR