"Bizə kişiləri necə yoldan çıxartmağı öyrədirdilər" -

37 yaşlı Alia Roza Rusiya agenti olduğunu iddia edir.

Metbuat.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazır.

SSRİ dövründə doğulan Alia Moskva yaxınlığındakı hərbi akademiyaların birində təlim keçdiyini söyləyib.

Onun dediyinə görə 18 yaşından etibarən təlim keçib.

"Bizə təlimdə silahla dəqiq atəş açmağı, insanların zəif nöqtələrini, döyüş üsullarını, insanlara psixoloji təsir etməyi, hətta, onları necə yoldan çıxarmağı öyrədirdilər"

Alia babasının II dünya müharibəsi qəhrəmanı olduğunu söyləyib.

Agentin iddialarına görə, ona və təlimdə iştirak edən bəzi qadınlara xüsusi "seks təlimləri" keçirdilər.

"Bizə kişiləri necə yoldan çıxartmağı, onları yataqda necə maksimum qane etməyi öyrədirdilər", - Alia söyləyib. (milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR