Məşhur futbolçu karyerasını bitirdi

İngiltərə millisinin və “Tottenhem”in sabiq futbolçusu Cermeyn Defo karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu öz Tvitter hesabında məlumat yayıb. O, 22 illik peşəkar karyerasından sonra futbolla vidalaşmaq qərarına gəldiyini açıqlayıb. Defo dostları və ailəsi ilə birgə vaxt keçirmək istədiyini bildirib və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Defo karyerası ərzində “Tottenhem”dən başqa, “Vest Hem”, “Reyncers”, “Sanderlend”, “Bornmunt”, “Toronto” kimi klublarda da oynayıb. O, 2004-2017-ci illərdə İngiltərə millisində çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR