Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “qəssab” adlandırıb.

Metbuat.az xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Baydenin bu açıqlamasına münasibət bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Bayden kimi yalnız xəstə və ya zəif insan hərəkət edə bilər. Volodin, həmçinin əlavə edib ki, psixoloqlar Baydenin davranışı barəsində araşdırma aparmalıdırlar:

“ABŞ vətəndaşları öz prezidentlərindən utanmalıdırlar. Bəlkə də, Bayden xəstədir, müalicə olunsa, yaxşı olar”.