Daha bir cüdoçumuz qızıl medal qazandı

Yunanıstanın paytaxtı Afina şəhərində gənclər arasında keçirilən Avropa kuboku turnirində Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Kənan Nəsibov finalda komanda yoldaşı Hüseyn Məmmədovu məğlub edərək yarışın qalibi adına layiq görülüb.

Hüseyn Məmmədovla yanaşı, cüdoçumuz Ruslan Nəsirli (100 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.

Qeyd edək ki, bundan əvvəl təmsilçimiz Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Beləliklə, yığmamız 2 qızıl, 2 gümüş medalla İsrail və Türkiyə komandalarından sonra ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

Bu gün başa çatacaq yarışa dünyanın 27 ölkəsindən 300 idmançı qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR