Gözəllik salonuna gedən xanım oradan “qurbağa görünüşü” ilə ayrıldı -

Şotlandiyalı bloqer Ketlin Kallahan gözəllik salonunda üzünü iynə ilə daraltmaq qərarına gəlib.

Lakin xanım salondan “qurbağa görünüşü” ilə ayrılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, o, yeni görkəmini “TikTok”da paylaşıb.

Bloqer zərif üz cizgilərinə nail olmaq istədiyini və çənə altındakı piy toxumasını azaltmaq üçün kosmetologiyadan istifadə etdiyini bildirib. Kosmetoloq müştərini prosedurdan sonrakı şişkinlik ehtimalı barədə xəbərdar edib, lakin Kallahan belə nəzərəçarpan nəticələr gözləmədiyini deyib.

“Mən öküz qurbağasına oxşayıram”, - deyə xanım yeni görünüşünü şərh edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR