Yığmamız Belarusa uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, yığmamız yoxlama oyununda qüvvəsini sınayıb.

AÇ-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini martın 25-də Sumqayıtda Estoniya üzərində qazanan (3:0) Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşıb. “Bakcell Arena”da baş tutan matçda qapılara dörd qol vurulub. Lakin bu dəfə də 3 qola üzülən tərəf yığmamız olub.

Yoxlama oyunu
29 mart

Azərbaycan – Belarus 1:3

Qol: R.Abdullazadə, 84 – İ.Vasileviç, 22. O.Nikifarenko, 37-pen. D.Latıxov,

Baş hakim: Əliyar Ağayev (Azərbaycan).

Bakı. “Bakcell Arena”.

Azərbaycan: 1. Rüstəm Samuqullin, 2. Zamiq Əliyev, 5. Rauf Hüseynli (k), 6. İldar Ələkbərov, 7. Elvin Cəfərquliyev, 8. Səbuhi Abdullazadə, 13. Nihad Quliyev, 15. Abdullah Xaybulayev, 19. Kamran Quliyev, 21. İsmayıl Zülfüqarlı, 25. Pərviz Azadov.

Ehtiyat oyunçular: 22. Amin Ramazanov, 12. Əkpər Vəliyev, 3. Arsen Ağçabəyov, 4. Mert Çelik, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Şakir Seyidov, 14. Samet Karakoç, 17. Rüfət Abdullazadə, 16. Ədilxan Qarəhmədov, 18. Ceyhun Nuriyev, 20. Cəlal Hüseynov, 23. Emil Safarov.

Baş məşqçi: Milan Obradoviç.

Belarus: 16. Danila Sokol, 3. Mikita Supranoviç (k), 5. Danil Miroşnikov, 6. Qleb Jerdev, 7. Oleq Nikifarenko, 10. Raman Daviskiba, 14. İlya Vasileviç, 14. Eqor Boqomolski, 18. Maksim Miakiş, 19. Dmitri Prişçepa, 22. Aliaksandr Mixailenka.

Ehtiyat oyunçular: 1. Artsiom Makavçik, 12. Tsimafey Yurasov, 2. Andrey Rılaç, 4. Raman Veheyra, 8. Dmitri Latıxov, 9. Vladislav Lojkin, 11. Yaroslav Oreşkeviç, 13. Mikita Demçenko, 17. Valeri Boçerov, 20. Vladislav Morozov, 23. Kiril Zinoviç.

Baş məşqçi: Sergey Yasinski.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR