"Qəbələ" ardıcıl 7-ci qələbəsini qazandı

Azərbaycan I Divizionda 19-cu tur start götürüb.

Metbuat.az xəbər verir ki, millinin yoldaşlıq görüşlərinə görə yaranan fasilədən dərhal sonra baş tutan turun ilk oyun günü iki matç keçirilib.

Açılış oyunları qonaq komandaların minimal hesablı qələbəsi ilə yadda qalıb. Lider "Qaradağ Lökbatan" "Səbail-2"ni Sabir Allahquliyevin dublu sayəsində yenərək liderliyini möhkəmləndiribsə, son çempion "Qəbələ-2" isə "Zirə-2"ni bir qolla üstələyib. Beləliklə, "qırmızı-qaralar" ardıcıl 7-ci qələbə sayəsində 2-ci pilləyə yüksəlib.

30 mart (çərşənbə)

“Zirə-2” 0:1 “Qəbələ-2”
Qol: Xəyal Səmədov, 70

Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Elmin Süleymanov, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 15:00 (pfl.az/canlı)

“Səbail-2” 1:2 “Qaradağ Lökbatan”
Qollar: Vidadi Cəfərov, 76-pen. - Sabir Allahquliyev, 70, 80

Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 15:00 (pfl.az/canlı)

Qeyd edək ki, turun qalan oyunları aprelin 1-də keçiriləcək:

01 aprel (cümə)

MOİK – “Sabah-2”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 14:30 (pfl.az/canlı)

“Turan Tovuz” – “Qarabağ-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Ruslan Quliyev, Emin Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 14:30 (pfl.az/canlı)

“Keşlə-2” – “Sumqayıt-2”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Kərim Zeynalov, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”, 15:00

“Neftçi-2” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR