Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Tetyana Rijkoya (Ukrayna) məğlub olsa da, ardından Viktoriya Vessoya (Estoniya) qalib gəlib.

Vesso hər iki görüşdə uduzduğu üçün Manolova mərhələ adlayıb.

Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR