Bu ölkələrin FIFA-da üzvlüyü dayandırılıb

Pakistan, Zimbabve və Keniyanın FIFA-ya üzvlüyü dayandırılıb.

Metbuat.az xəbər verir ki, müvafiq qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qəbul olunub.

Rusiyanın da üzvlükdən kənarlaşdırması gözlənilsə də, Konqresdə bu məsələ qaldırılmayıb.

Qeyd edək ki, fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR