Serbiyada kömür mədəni çökdü -

Serbiyanın cənubundakı Soko Banya şəhəri yaxınlığında kömür mədəni çöküb.

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 20 şaxtaçı yaralanıb.

"Səkkiz mədənçi həlak olub, 20-yə yaxını yaralanıb, əksəriyyətinin vəziyyəti yaxşıdır. Yaxınlıqdakı tibb mərkəzləri kömək üçün öz qruplarını göndəriblər, yaralılar Aleksinac şəhərindəki xəstəxanaya çatdırılıb", - deyə Aleksinacdakı poliklinikanın direktoru Rodoljub Jivadinoviç bildirib.

Serbiyanın “Vecernje novosti” nəşrinin məlumatına görə isə, mədəndə hələ də şaxtaçılar qalıb. Uçqunun səbəbi ilkin ehtimallara görə metan qazının sızması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR