Dünya çempionatının açılış matçı dəyişdirildi

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci il dünya çempionatının açılış matçı və başlama saatında dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Belə ki, turnirin açlış matçı noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək və A qrupunda çıxış edən Seneqal və Niderland komandaları qarşılaşacaq.

Daha əvvəl açılış matçında eyni qrupdan olan Qətər və Ekvador komandaları qarşılaşmalı idi. Bu matç eyni gündə Bakı vaxtı ilə saat 20:00-a keçirilib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR