Putinin məşhur dostu onu

Rusiya vətəndaşlığı alan məşhur fransız aktyor Jerar Depardye Putini təhqir edib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Jerar Depardye Ukraynadakı müharibəyə görə Putini sərt şəkildə tənqid edib: “Rusiya xalqı axmaq və qəbulolunmaz dərəcədə həddini aşan Putin kimilərinə görə cavabdeh deyil”.

Aktyor bildirib ki, Parisdə 3 gün ərzində verəcək və əldə etdiyi vəsaiti Ukrayna vətəndaşlarına yardım üçün ayıracaq.

Xatırladaq ki, Jerar Depardye daha az vergi ödəmək üçün 2013-cü ildə Fransanı tərk edərək Rusiya vətəndaşlığı alıb. Jerar Depardye 2013-cü ildə Rusiya pasportunu Qara dəniz sahilindəki Soçi kurortunda şəxsən prezident Putindən almışdı. Həmin vaxt aktyor və prezident bir-birinin əlini sıxıb qucaqlaşmış, Depardye Putini özünün ən yaxşı dostu, Rusiyanı isə böyük demokratiya ölkəsi kimi xarakterizə etmişdi.

2015-ci ildə Rusiyanın Krımı işğal etməsini dəstəklədiyinə görə Ukrayna aktyorun bu ölkəyə girişinə 5 il qadağa qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR