“Liverpul” liderliyə yüksəldi

“Liverpul” İngiltərə Premyer Liqasında 31-ci turun oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Mersisayd təmsilçisi evdə “Uotford”a 2:0 hesabı ilə qalib gəlib və ölkə çempionatında ardıcıl 10-cu qalibiyyətini əldə edib.

“Liverpul”un heyətində qolları Dioqo Jota (22) və Fabinyo (89) vurub.

Bu qələbədən sonra xallarını 72-yə çatdıran Yurgen Kloppun yetirmələri turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Uotford” isə 22 xalla 18-ci pillədə qərarlaşıb.

Ehtiyatda bir oyun olan “Mançester Siti” 70 xalla ikincidir. Mançester təmsilçisi bu gün “Börnli” klubunun qonağı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR