Böyük Britaniyanın Baş naziri Boris Consonla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Conson Zelenskiyə 35 ölkə ilə keçirilən hərbi yardım konfransı haqqında məlumat verib.
Zelenski isə sülh danışıqlarında atılan addımlar barədə Consonu məlumatlandırıb və Londona diplomatik səylərdə iştirakına görə minnətdarlıq edib.