Putinin yanından bir an belə ayrılmayan şəxsin

Rusiyada yerləşən "Proyekt" tədqiqat platformasının dərc etdiyi sənədlər Rusiya mediasında geniş işıqlandırılıb. Nəşr edilən sənədlərə görə, Rusiya Prezidenti Putinin ziyarətinə ən azı 5 müxtəlif həkim gəlir.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov Rusiya liderinin yanından heç vaxt ayrılmır. Rusiya mətbuatında yayılan xəbərlərdə Moskva Mərkəzi Klinik Xəstəxanasının tanınmış cərrahlarından olan Selivanovun "Qalxanabənzər vəzi xərçəngi olan yaşlı xəstələrin diaqnostikası və cərrahi müalicəsinin xüsusiyyətləri" mövzusunda tezis hazırladığı və Putinlə birlikdə azı 35 dəfə Soçiyə uçduğu bildirilib.

Yayımlanan sənədlərdə 70 yaşı tamam olacaq Rusiya liderinin steroid müalicəsi aldığı, buna görə də qəfil qəzəb püskürməsi, üz və boyun ətrafında şişlər olduğu iddia edilib.

Kremlin sözçüsü Dmitri Peskov iddiaları rədd edərək, "Proyekt"in xəbərlərinin reallığı əks etdirmədiyini bildirib. Peskov açıqlamasında Putinin xərçəng olmadığını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR