Azərbaycanın daha bir güləş yığması Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə ümumi hesabda Avropa çempionu olub.

Metbuat.az-ın məlumatına görə, bu, son iki çəki dərəcəsində mübarizə başa çatmamış dəqiqləşib.

Hazırda aktivində 130 xalı olan Aleksandr Tarakanovun baş məşqçi olduğu kollektiv birinci pillədədir və ən yaxın izləyicisi Türkiyəni 1 xal qabaqlayır. Lakin 82 kq çəkidə qardaş ölkənin təmsilçisi bürünc medal görüşünə çıxacaqsa, 97 kq-da heç bir güləşçisi medallar uğrunda mübarizə aparmayacaq. Azərbaycan yığmasından isə müvafiq olaraq, Rafiq Hüseynov final, Murat Lokyayev bürünc medal görüşünü keçirəcək.

Bu isə o deməkdir ki, Azərbaycan ən azı 30 xal (minimum 20 xal 2-ci, minimum 10 xal 5-ci yerə verilir) da əldə edəcək. Beləliklə, bütün rəqibləri üçün əlçatmaz olacaq milli komanda sonda fəxri kürsünün ən yüksək pilləsində yer alacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləş yığması da ümumi komanda hesabında Avropa çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR