Rusiyaya ŞOK: Moskvanın təhdid etdiyi ölkə NATO-ya qoşulur

“Finlandiya bir neçə həftə ərzində NATO-ya qoşulmaq üçün rəsmi müraciət etməyi planlaşdırır”.

Metbuat.az xəbər verir ki, Baş nazir Sanna Marin belə açıqlama verib. O bildirib ki, Finlandiyanın Rusiya ilə əlaqələri Ukraynadakı hərbi əməliyyatlardan sonra dəyişib. Baş nazirin sözlərinə görə, araşdırmalar xalqın 61 faizinin NATO-ya qoşulmağı dəstəklədiyini ortaya qoyur.

Qeyd edək ki, Finlandiyanın Rusiya ilə 1335 kilometrə çatan sərhədi var. Rusiya Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, Finlandiya NATO-ya qoşulmağa cəhd edərsə, nəticələri olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR