Xızıda yararlı tank mərmisi tapılıb -

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR