Ukraynaya İNANILMAZ DƏSTƏK: İlk dəfə zirehli texnikalar göndərdilər

Çexiya Ukrayna ordusu üçün tank və digər zirehli texnikalar göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Ukraynaya zirehli texnikaların göndərilməsi ilə bağlı mediada yayılmış görüntülərə münasibət bildirən nazirlik, Kiyevə hərbi dəstək olduqlarını təsdiq edib. Bildirilib ki, Ukraynanın özünün müdafiə etməsi üçün hərbi yardımlar davam edəcək. Ukraynaya göndərilən zirehli texnikaların sayı və digər detallar barədə açıqlama verilməyib.

Bununla da, müharibə vaxtı ilk dəfə xarici ölkə Ukraynaya tank göndərmiş olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR