Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayaq.
Metbuat.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster bu barədə şəxsi feysbuk hesabında bildirib. Rauf Məmmədovun bu addımı atmasına səbəb Ukraynada baş verən hadisələrdir:
"Nə qədər ki, FIDE prezidenti rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır.