Putin Zelenski ilə bu ölkədə görüşməyi qəbul etdi:

Macarıstanın Baş naziri Viktor Orban Rusiya və Ukrayna prezidentləri arasında görüşün Budapeştdə təşkil edilə biləcəyini bildirib.

Metbuat.az xəbər verir ki, ötən gün Ruisya prezidenti Vladimir Putinlə baş tutan telefon danışığı barədə açıqlama verən hökumət başçısı bildirib ki, o, Putini atəşkəs məsələlərini müzakirə etmək üçün Budapeştə dəvət edib. Viktor Orban Putinə toplantıda Zelenski ilə yanaşı Fransa və Almaniya liderlərinin iştirak etməsini də təklif edib.

Orban rus liderin bu təklifə müsbət yanaşdığını, lakin bəzi şərtlərinin olduğunu ifadə edib. Hökumət başçısı Putinin hansı şərtlər irəli sürdüyünü açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR