Monteneqro Rusiyanın dörd diplomatını "persona non-qrata" elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN diplomatların Monteneqrodan çıxarılmasına cavab verəcəklərini bildirib.

Qeyd edək ki, indiyədək Avropa dövlətlərindən 200-ə yaxın rus diplomat çıxarılıb.