Finlandiyada dünyanın ən böyük xəzinəsinin tapılması üçün axtarış işləri başlayacaq.
Metbuat.az xəbər verir ki, tarixi fin kitablarında “Lemminkyaynen sərvəti” adlandırılan qızıl-zinət əşyaları və əsərlərin ümumi dəyərinin 20 milyard dollar olduğu güman edilir. Qızıl axtaranlar sərvəti tapa bilsə bu, dünyanın ən dəyərli tapıntısı olacaq.
Qazıntı işlərinin may ayında başlaması planlaşdırılıb. Qazıntı aparılacaq ərazi Helsinki yaxınlarında yerləşir.