Ukraynadakı müharibənin bitəcəyi dəqiq tarix açıqlandı: Putin zəfərini belə elan edəcək

“Rusiya Ukraynadakı hərbi əməliyyatları may ayının 9-na qədər başa çatdırmağı planlaşdırır”.

Metbuat.az xəbər verir ki, Estoniya Kəşfiyyat Xidmətinin baş direktoru Mikk Marran belə açıqlama verib. O bildirib ki, Rusiya faşistlər üzərində qələbənin ildönümü münasibətilə təşkil ediləcək 9 may zəfər bayramı üçün xüsusi tədbir keçirməyi planlaşdırır.

“Putin diqqəti Mariupolu ələ keçirməyə çalışır və bu, zəfər olaraq təqdim ediləcək” -deyə Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR