Pakistan Türkiyədən ATAK helikopterləri alır

Pakistan Türkiyədən ATAK helikopterləri alacaq.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Pakistan bununla bağlı artıq müraciət edib. Yaxın aylarda Türkiyənin Pakistana 30 hərbi helikopter göndərəcəyi gözlənilir. Məlumata görə, bundan əvvəl Filippin Türkiyədən ATAK helikopterləri alıb.

Qeyd edək ki, lazer sistemi ilə təchiz edilən ATAK helikopterləri, gizli hədəfləri müəyyən edərək, atəşə tuta bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR