Xudat sakinindən narkotik aşkarlanıb

Xudat Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat PB-nin əməkdaşları, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Xudat şəhər sakini Elman Qasımovu saxlayıblar.

Həmin şəxsin üzərinə, eləcə də avtomobilinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR