Dilarə Kazımovadan cazibədar

Müğənni Dilarə Kazımova yeni fotosessiya etdirib.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi tamamilə fərqli obrazda kamera qarşısına keçib. Dilarə fotosessiya üçün saçlarını uzatdıraraq fərqli rənglərə boyatdırıb.

İfaçı mini ətəkli, cazibədar obrazını qalın və uzun kürklə tamamlayıb. Kazımovanın saç və stili üzərində peşəkar komanda çalışıb.

Müğənninin fotolarını Orxan Aslanov və Leyla Əliyeva lentə alıblar.

Kazımova qeyri-adi obrazda çəkilən şəkillərini instaqram hesabında da paylaşıb. Onun üç fərqli fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR