Genişmiqyaslı müharibənin 2-ci MƏRHƏLƏSİ:

"Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin ikinci mərhələsi beş gün əvvəl başlayıb".

Metbuat.az xəbər verir ki, bu barədə "Kanal 24" telekanalına müsahibəsində Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb.

“İkinci mərhələ beş gündür ki, davam edir. Beş gün əvvəl başladı. Əsas odur ki, onların düşündüyü kimi başlamadı”, - deyə PA rəhbərinin müşaviri deyib.

O bildirib ki, rus qoşunları həm şimaldan, həm də cənubdan, yəni İzyum və Volnovaxadan zərbə endirməyə çalışır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin işi sayəsində düşmən Vüqledar - Marinka xətti ilə irəliləyə bilmir.

Arestoviç xatırladıb ki, ruslar şimalda İzyumu ələ keçirərək Slovyansk - Kramatorsk istiqamətində hücuma keçə biliblər. Lakin o, əmin edib ki, Ukrayna qoşunları ərazini uğurla müdafiə edir, ona görə də düşmənin irəliləməsi dayandırılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR