Azarkeş meydana daxil olaraq futbolçunu vurdu -

Portuqaliya Primeyrasında "Vitoriya" və "Portu" komandaları arasında keçirilmiş XXIX tur matçında insident baş verib.

Metbuat.az xəbər verir ki, meydan sahiblərinin azarkeşi ikinci hissədə meydana daxil olaraq, "Vitoriya"nın kapitanı Roşinyanı təpiklə vurub.

Bundan sonra isə o, komandanın digər futbolçusu Jeni Katamuya zərbə endirməyə cəhd edib. Lakin Katamu bundan vaxtında xəbər tutub.

Stadion mühafizəçiləri meydana girərək, azarkeşi çölə çıxarıb.

Qeyd edək ki, qarşılaşma "Portu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR