"Heç kimin köləsi olmayacağıq" - İmran Xana böyük dəstək

Pakistanın keçmiş Baş naziri İmran Xanın rəhbəri olduğu Təhrik-i İnsaf Partiyasında kütləvi istefalar olub.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, Baş nazirin seçilməsi üçün keçirilən parlamentin iclası zamanı keçmiş xarici işlər naziri Şah Mahmud Kureyşi belə açıqlama verib. O, özünün və çox sayda partiya üzvünün istefa verdiyini açıqlayıb. Tam tərkibdə istefa ilə bağlı çıxışında o deyib:

“Bu gün millətin qarşısında köləlik və özünə hörmət etmək kimi iki yol var. Buna görə, seçkiləri boykot etmək üçün kütləvi istefa verdik”.

Baş nazir vəzifəsi üçün namizədliyini irəli sürən Şah Mahmud Kureyşi bu çıxışından sonra parlamenti tərk edib. Nəticədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd qalıb.

Qeyd edək ki, İmran Xan etimad səsverməsindən sonra istefa verib. İmran Xan bildirib ki, onu ABŞ müxalifət partiyalarının dəstəyi ilə devirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR