Rusiya Finlandiya sərhədinə qoşun yığır:

Rusiyanın Finlandiya sərhədində silah daşımağa başladığı iddia edilir.

Metbuat.az “dailymail”ə istinadən xəbər verir ki, bu barədə sosial mediada video yayılıb. Sərhəd istiqamətində daşınan ağır silahlar arasında raket sistemləri də var. İddialara görə, Prezident Vladimir Putinin təlimatı ilə Rusiya ordusu Finlandiya sərhədinə qoşun cəmləşdirir. Qeyd edək ki, Finlandiyanın və İsveçin iyun ayına qədər NATO-ya üzv olmaq üçün rəsmən müraciət edəcəyi irəli sürülüb.

NATO-nun Baş katibi Yens Stoltenberq də bu ölkələri hərbi alyansa qəbul edə biləcəklərini açıqlamışdı. Rusiya isə bəyan etmişdi ki, Finlandiya və İsveç NATO-ya üzv olmağa səy göstərsə, ağır nəticələri olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR