Medvedçukun başına iş gəlsə, Zelenski cavab verəcək -

"Ukraynada ələ keçirilən müxalifət lideri Viktor Medvedçukun təhlükəsizliyinə görə Kiyev məsuliyyət daşıyır".

Metbuat.az xəbər verir ki, Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin belə açıqlama verib. O bildirib ki, Medvedçuk hansısa xoşagəlməz hadisə ilə üzləşərsə, Zelenski buna görə cavab verəcək.

Qeyd edək ki, Prezident Vladimir Putinə yaxınlığı ilə bilinən Viktor Medvedçuk, Rusiya liderinin qızının “xaç atası”dır. O, iki gün əvvəl Ukraynada ələ keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR