Bakıda peyda olan bənövşəyi konteynerlər -

Metronun İnşaatçılar stansiyasının ətrafındda konteynerlər bir çoxlarının diqqətini cəlb edib. Üzərindəki yazıdan elə başa düşülür ki, isitifadə olunmuş geyim, ayaqqabı və tekstil əşyaları bu qutuya atılmalıdır.

Metbuat.az xəbər verir ki, əslində ilk baxışdan xeyriyyə aksiyasına bənzəsə də, təşkilatçılar tərəfindən bununla bağlı heç bir məlumat qeyd edilməyib.

Ümumiyyətlə isə bu konteynerləri hansı qurumun, hansı təşkilatın təşəbbüsü ilə yerləşdirirlməsi haqqında da məlumat yoxdur. Buna baxmayaraq insanların düşündüyü odur ki, bütün bunlar xeyriyyə məqsədiylə edilib və imkansızlara, ehtiyacı olanlara kömək məqsədi daşıyır.

İTV-nin apardığı araşdırma zamanı məlum olub ki, konteynerlərin heç də xeyriyyə məqsədi daşımadığı, əksinə pul qazanmaq məqsədilə yerləşdirilməsi üzə çıxıb.

Ətraflı videomaterialda izləyə bilərsiniz:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR