Konfrans Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

Gecənin ilk matçında İngiltərə "Lester"i Niderlandda PSV-nin qonağı olacaq. Niderlandın digər təmsilçisi "Feyenoord" isə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə qarşılaşacaq.

Fransa "Marsel"i Yunanıstanda PAOK-la üz-üzə gələcək.

Turnirin favoritlərindən İtaliya "Roma"sı Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkəcək.

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. PSV (Niderland) - "Lester" (İngiltərə)

İlk oyun - 0:0

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland)

İlk oyun - 3:3

23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa)

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 1:2.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR