Rusiya Aİ-nin 18 diplomatını ölkədən çıxarıb

Rusiya Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin 18 əməkdaşını persona non-qrata elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Açıqlamaya görə, bu addım Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəliyindən işçilərin qovulmasına cavab olaraq atılıb.

"Diplomatlar yaxın vaxtlarda Rusiya Federasiyasının ərazisini tərk etməli olacaqlar”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR