"Araz-Naxçıvan" rusiyalı qapıçını transfer edib

"Araz-Naxçıvan" futzal klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Metbuat.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Dmitri Bondarevlə anlaşıb.

Rusiyalı qolkiper yeni komandasında cari mövsümün sonunadək çıxış edəcək. 29 yaşlı qapıçı son olaraq Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda oynayıb. Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı "Baku Fire" ilə oyunda debüt edəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın əsas qapıçısı Rövşən Hüseynli ötən ay Rusiya Super Liqasında iştirak edən "Torpedo" klubuna transfer olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR